Nazir generalın oğlunu niyə özünə müşavir seçdi?
Tarix: 23-11-2015, 11:49 |
Çap et
Vergilər Nazirliyi Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıxovun oğlu Məhəmməd Sadıxovun nazir Fazil Məmmədovun müşaviri təyin olunması ilə bağlı AzVision.az-ın xəbərini təsdiq edib.
Nazirliyin analitik informasiya şöbəsindən saytımıza verilən məlumata görə, Məhəmməd Nəcməddin oğlu Sadıxov uğurlu fəaliyyətinə görə nazir Fazil Məmmədovun əmri ilə müşavir təyin olunub.
Hazırda o, yeni işini icra edir.
Qeyd edək ki, Məmməd Sadıxov əvvəl Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində işləyib.