Əfqanıstanın şimal-şərqində zəlzələ
Tarix: 23-11-2015, 11:30 | Çap et
Əfqanıstanın şimal-şərqində zəlzələ
Əfqanıstanın şimal-şərqində 5.9 bal gücündə zəlzələ olub. Rəsmilər zəlzələnin episentrinin ölkənin Pakistan, Çin və Tacikistanla sərhədi yaxınlığına, az məskunlaşmış hissəsinə düşdüyünü bildirib.

Hələlik itkilər və ya dağıntılar barədə məlumat yoxdur.

Zəlzələ noyabrın 22-də gecə baş verib, Əfqanıstanın, Pakistanın şimalında, Hindistanın paytaxtı Dehlidə hiss olunub.

Oktyabrın 26-da Əfqanıstanın şimali Badaxşan vilayətində 7.5 bal gücündə zəlzələ baş vermişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net