Tanınmış aktyorun obyektinə basqın edildi
Tarix: 23-11-2015, 10:23 | Çap et
Tanınmış aktyorun obyektinə basqın edildi
Bakıda bir gecə yaşayış kompleksində yerləşən bir neçə mağaza qarət olunub.

Criminal.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Uğur-2 kompleksində yerləşən ticarət obyektlərindən oğurluq edilib.

Naməlum şəxslər iki mağazanın qapısını sındıraraq içəri daxil olublar. Mağazalardan birindən 700 manat dəyərində ərzaq məhsulları aparıblar.

Qarət olunan digər mağaza isə tanınmış aktyor Əjdər Həmidova məxsusdur. Aktyorun mağazasında kassadan cəmi 7 manat pul aparıblar. Bundan başqa bir neçə mağazanın qapısını qırmağa cəhd ediblər.

Oğurluq edən şəxslər artıq Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsi tərəfindən saxlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net