Albaniyada dünən axşam saatlarından etibarən başlayan yağış faciə ilə nəticələnib.
Axar.az xəbər verir ki, yağışların yaratdığı sel nəticəsində 3 nəfər ölüb, 4 nəfər itkin düşüb.
Məlumata görə, çoxlu sayda dükan və ev su içində qalıb. Paytaxt Tiranada isə şiddətli küləyin təsirindən bir neçə ərazidə elektrik enerjisi kəsilib.
Ərazidə xilasetmə işləri aparılır.

