Türkiyə ordusundan Suriya sərhədində İŞİD əməliyyatı - ölən və həbs olunanlar var
Tarix: 18-11-2015, 18:09 |
Çap et
Türkiyə ordusu Kilis sərhədini keçməyə çalışan bir İŞİD üzvünü öldürüb.
Avropa.info xəbər verir ki, bu haqda Ordunun Baş Qərərgahının rəsmi saytında məlumat verilib.
Məlumatlara görə, Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla sərhədi keçməyə çalışan IŞİD üzvü olduğu müəyyənləşdirilən bir nəfər öldürülüb, 9-u uşaq olmaqla 21 nəfər isə saxlanılıb.
Türkiyə Hava Qüvvələri Komandanlığına bağlı 8 ədəd F-16 təyyarələri isə Suriya-Türkiyə sərhəd xətti boyu patrul uçuşları həyata keçirilib.