
Bu gün səhər saatlarında Ermənistan Prezidenti Serj Sərkisyanın evinin qarşısında hadisə baş verib.
Axar.az xəbər verir ki, Sərkisyanın qəbuluna düşə bilməyən bir qrup şikayətçi məcbur qalaraq onu evinin önündə qarşılayıblar.
Şikayətçilərdən biri Sərkisyanla təkbətək görüşmək istədiyini bildirib. Lakin prezident vətəndaşla bir qədər danışandan sonra avtomobilinə minərək oradan uzaqlaşıb. Məhz bundan sonra şikayətçi Sərkisyanı təhqir edir.

