Putindən terrorizmlə bağlı mühüm sərəncam
Tarix: 18-11-2015, 15:45 | Çap et
Putindən terrorizmlə bağlı mühüm sərəncam
Rusiya Prezidenti Vladimir Putin terrorçuların maliyyələşdirilməsinin qarşısının alınması üçün qurumlararası komissiya yaradılması barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Putin sərəncama əsasən Baş Prokurorluq, Mərkəzi Bank və regional idarəetmə orqanlarına terrorla mübarizə çərçivəsində məlumatları yeni yaradılan komissiyaya ötürülməsini tapşırıb.

Putinin bu qərarı 31 oktyabrda Misirin Sinay yarımadasında Rusiya sərnişin təyyarəsinin terror aktı nəticəsində vurulduğu rəsmiləşdikdən sonra verməsi diqqət çəkib. Kreml rəhbəri 224 nəfərin ölümü ilə nəticələnən hadisəni törədənlərin dünyanın harasında olursa-olsun, tapacaqlarını açıqlamışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net