Azərbaycanda növbəti əfv siyahısı hazırlanır
Tarix: 18-11-2015, 14:15 | Çap et
Azərbaycanda növbəti əfv siyahısı hazırlanır
“Mənim ünvanıma bütün respublikadan ərizələr daxil olar. Yaydan indiyə qədər 50-60 ərizə qəbul etmişəm. Amma Əfv Kommisiyasının iclası hələ olmayıb”.

Bu sözləri Əfv Kommisiyasının üzvü, deputat Elmira Axundova ANS PRESS-ə açıqlaması zamanı deyib.

“Əsasən cinayəti ağır olmayan, cəzasının yarısını çəkənlərin və digər əfv olunması münasib olan məhbusların ərizələri Əfv Kommisiyasına göndərilir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da ANS PRESS-ə açıqlamasında bildirdi ki, əfv fərmanı ilə bağlı gözlətniləri var.

“Biz Əfv Kommisiyasına 27 nəfərin siyahısımızı təqdim etmişik. Hazırlanan siyahıda əsasən məhkəməsi düzgün aparılmayanların və cəzasını yarıya kimi çəkən məhbusların var”.

Azərbaycanda son əfv fərmanı martın 18-də imzalanıb. Sonuncu əfv fərmanı ümumilikdə 101 nəfər şamil edilib.

Azərbaycanın müstəqillik dövründə 59 əfv fərmanı imzalanıb. Bu isə indiyədək 6100 nəfərin azadlığa buraxılması deməkdir.

Mart ayında əfv olunanlar sırasında Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyi qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və NİDA Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net