Oqtay Gülalıyev: “Mirmahmud Mirəlioğlu ilə aramızda fikir ayrılığı var”
Tarix: 18-11-2015, 14:06 | Çap et
Oqtay Gülalıyev: “Mirmahmud Mirəlioğlu ilə aramızda fikir ayrılığı var”
Klassik Xalq Cəbhəsi Partiya (KXCP) sədrinin sabiq müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev partiyadakı vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirib.
O. Gülalıyev APA-ya açıqlamasında deyib ki, Ali Məclisin sonuncu sessiyasında həm müavinlikdən, həm də KXCP-nin İdarə Heyəti üzvlüyündən kənarlaşdırılıb.

O, yaranan vəziyyətlə bağlı bildirib ki, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə aralarında bəzi məsələlərlə bağlı fikir ayrılığı olub: "Buna görə də o, Ali Məclisinin toplantısında mənim rəhbərlikdən kənarlaşdırılmağımla bağlı qərar qəbul edib. Mən Milli Şuradakı fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm. Hesab edirəm ki, bu, KXCP-dəki fəaliyyətimlə ziddiyyət təşkil etmir. Kim başqa cür düşünürsə, onun öz problemidir. Düşünürəm ki, müavinlikdən kənarlaşdırılmağımın səbəblərini bu qərarı verən şəxs açıqlamalıdır”.

O, Gülalıyev əlavə edib ki, KXCP rəhbərliyindən kənarlaşdırılsa da, partiyanın sıravi üzvü kimi fəaliyyətini davam etdirəcək.

KXCP sədri M. Mirəlioğlu isə O. Gülalıyevin müavinlikdən və KXCP-nin İdarə Heyəti üzvlüyündən kənarlaşdırılmasının səbəbləri barədə danışmaqdan imtina edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net