Faiq Ağayev: “Həm aktyor, həm rəqqasam”
Tarix: 18-11-2015, 12:18 |
Çap et
Buna görə heç kim mənə etiraz edə bilməz.
Bu sözləri xalq artisti Faiq Ağayev müğənnilərin aparıcı və aktyor kimi fəaliyyət göstərməsinə etiraz edənlər haqda Axar.az-a danışarkən deyib:
“Mən konkret olaraq özümdən danışıram. Diplomuma görə Musiqili Teatrın aktyoruyam: Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm.
Mən səhnədə həm aktyoram, həm rəqqasam, həm də lazım olanda rejissoram. Yəni mənim üçün burada heç bir problem yoxdur. Heç kim deyə bilməz ki, Faiq Ağayev niyə aparıcılıq edir. Ən azından, mənim kliplərimə bircə dəfə də baxan adam başa düşür ki, Faiq Ağayev necə aktyordur, sənətçidir”.