Azərbaycanlı Suriyaya getmək istəyib? – DİN
Tarix: 17-11-2015, 18:14 |
Çap et
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda vətəndaş Elman Mirzəbəyovun Suriyaya getməyə cəhd göstərməsi qeyd olunmayıb.
Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi müavini Ehsan Zahidov deyib.
Rəis müavini qeyd edib ki, vətəndaşın belə bir istəkdə olması haqda xəbərlərin dərc edilməsi yanlışdır: “Bunu yalnız istintaqdan sonra demək olar. Biz sadəcə vətəndaşın evində əməliyyat-axtarış tədbirləri keçirmişik”.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini Levan İzoriyan yerli “Maestro” teleşirkətinin efirindən bəyan etmişdi ki, E.Mirzəbəyov Suriyaya getməyə cəhd göstərərkən saxlanılıb.
Bu açıqlamanı “Report” yayıb.
Xatırladaq ki, Balakənin Əliabad kənd sakini olan E.Mirzəbəyovdan AK-74 markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürülüb.