Çovdarovun qohumları da narahatdırlar - Ekspertdən reaksiya
Tarix: 17-11-2015, 18:13 | Çap et
Çovdarovun qohumları da narahatdırlar - Ekspertdən reaksiya
Azərbaycanda həbs olunan şəxsin yaxın qohumları həmişə özlərinə qarşı təhlükə hiss edirlər.

Redaksiyamıza daxil olan məlumata görə, eyni səbəbdən MTN-in sabiq idarə rəisi general-mayor Akif Çovdarovun yaxınları artıq öz yaşadıqları evi tərk ediblər.

Məsələ ilə bağlı musavat.com-a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı danışıb. O bildirib ki, bu kimi halların baş verməsi arzuolunmazdır:
“Bu sahədə aparılan siyasət kəskin dəyişilməlidir. Hər hansı bir şəxsin özünə görə onun qohumları, yaxınlarına təzyiq edilməsi çox pis və yolverilməz haldır. Vaxtilə bəhs etdiyimiz hal mənim də başıma gəlmişdi. Mənə görə ailəmə ciddi təzyiqlər edilirdi. Düşünürəm ki, tutulan şəxs cinayətkar olsa da, ağır cinayət əməlləri törətsə belə heç kimin ona görə yaxınlarına zərər vermək haqqı yoxdur. Hüquqda belə bir şey mövcud deyil. Bu hal eyni zamanda ölkənin imicinə də ciddi xələl gətirir. Düşünürəm ki, bəlkə də bununla bağlı yuxarı səviyyədə göstəriş verilir. Bəzən də heç yuxarı səviyyəli göstəriş olmur. Sadə bir məmurun əməlləri nəticəsində belə bir hallar baş verir. Bir məqam da var ki, bəzən məhbusun yaxınlarına təzyiq etməklə onu hər hansı bir məsələdə suçlayırlar. Olmayan cinayəti üzərinə götürdürlər. Bu hallara da rast gəlmək olur. Bu baxımdan hesab edirəm ki, istənilən vəzifə sahibinin günahkarın qohumlarından istifadəsi mütləq qaydada aradan götürülməlidir. Bu sahədə olan siyasətə çox qısa zamanda son qoyulmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net