Gürcüstandan keçib İŞİD-ə qoşulamaq istəyən azərbaycanlı Balakəndə saxlanılıb
Tarix: 17-11-2015, 18:00 | Çap et
Gürcüstandan keçib İŞİD-ə qoşulamaq istəyən azərbaycanlı Balakəndə saxlanılıb
Azərbaycan Gürcüstanın köməkliyi ilə İŞİD-ə qoşulmaq istəyən azərbaycanlını saxlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Maestro" televiziyasına müsahibəsində Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin rəhbəri Levan İzoriya bildirib. Onun sözlərində görə, Gürcüstan höküməti bütün tədbirləri görür ki, ölkə terrorçular üçün transit olmasın.

"Ötən gün bizim tərəfimizdən verilmiş informasiya əsasında Balakən rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. O, Gürcüstanla sərhədi qanunsuz keçməyə çalışırdı. Məlumata görə, o Azərbaycanı tərk edib İŞİD-ə qoşulmaq istəyirmiş”,- deyə İzoriya bildirib.

Oktyabrın 26-da “Baki - İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşı saxlanılıb.

Əməliyyat Azərbaycanın Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində Sankt-Peterburq şəhər sakini 26 yaşlı Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net