SON PƏRDƏ: prokuror Aytacın qatilinə ən ağır cəzanı istədi
Tarix: 17-11-2015, 16:56 | Çap et
SON PƏRDƏ: prokuror Aytacın qatilinə ən ağır cəzanı istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İzzət Rüstəmovun vəkili vəsatət qaldıraraq ekspertizanın yenidən aparılması istəyib. Vəsatət təmin edilməyib.
Sonra hakim zərərçəkən şəxsin hüquqi varisinə söz verib. Gözəl Babayeva İ.Hüseynova ömürlük həbs cəzası verilməsini istəyib.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses noyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net