Kanadada hicab qadağası ləğv olundu
Tarix: 17-11-2015, 15:51 |
Çap et
Kanadada uzun müddət mübahisələrə səbəb olan örtük qadağası üçün qurulan məhkəmə prosesi başa çatıb.
Axar.az xəbər verir ki, Kanada Vətəndaşlıq və Qaçqınlıq üzrə nazir Makkallum və Ədalət naziri Vilson Reybould verdikləri ortaq açıqlamalarında Harper höküməti tərəfindən məhkəməyə verilən “örtük qadağası” ərizəsini geri götürdüklərini bildiriblər.
Nazirlər Kanadanı güclü edən təsirlərdən birinin də fərqliliklər olduğunu və buna hörmət etmək gərəkdiyini deyiblər.