İŞİD-in yeni taktikası: Hədəflər dəyişir
Tarix: 17-11-2015, 13:11 |
Çap et
132 adamın həyatını itirdiyi Paris hücumları terrorçuların dəyişən taktikasını və yeni hədəflərini göstərir. Hücumlarda hökumət binaları, səfirliklər və digər strateji obyektlər yox, “yumşaq hədəf” adlanan vətəndaşlar vurulur.
Axar.az xəbər verir ki, Parisi sarsıdan qanlı hücumlar İŞİD-in dəyişən strategiyasından xəbər verir. Terror mütəxəssislərinə görə, hücumlar terrorçuların daha müasir metodlardan istifadə etdiyini göstərir.
Paris hücumları 2008-ci ilin noyabrında Hindistanın Mumbay şəhərində 165 nəfərin ölümü ilə nəticələnən teraktla müqayisə edilir. Paris hücumlarını reallaşdıranlar Mumbayda istifadə etdikləri taktikanı daha da təkmilləşdirə bilib. Bununla bərabər, terrorçular bombalar əvəzinə daha yüngül silahlarla silahlanmağı daha üstün tuturlar.
Nəticədə terrorçular üçün artıq kimin ölməsi yox, mümkün qədər çox insanın ölməsi daha əhəmiyyətlidir.