Türkiyə Fransanı hələ 2014-cü ildə xəbərdar edibmiş - rəsmi Paris onu niyə həbs etməyib?
Tarix: 17-11-2015, 12:55 |
Çap et
Almaniyanın “Deutsche Welle” qəzetində Parisdə baş verən qanlı olayların iştirakçısının kimliyi ilə bağlı Türkiyənin Fransaya iki dəfə xəbərdarlıq etməsi iddia edilir.
Avropa.info xəbər verir ki, hücumdan əvvəl türk təhlükəsizlik qüvvələri Əlcəzair vətəndaşı Ömər İsmayıl Mustafi haqqında fransız polisinə iki dəfə bildiriş göndərib. Adının çəkilməsini istəməyən türk rəsmisi İngiltərə mətbuatına açıqlamasında deyib ki, Fransa hökuməti 2014-cü ilin 22 oktyabrında terrorda şübhəli bilinən 4 nəfər haqqında məlumat istəyib. Türk tərəfi apardığı tədqiqatlar nəticəsində 2013-cü ildə Türkiyəyə daxil olan Mustafainin 4 şübhəli şəxslə hərəkət etdiyini ortaya çıxarıb. Tədqiqatla bağlı 2014-cü ilin yanvarında və 2015-ci ilin iyununda Fransa tərəfi məlumatlandırılıb, ancaq hər hansı tədbir görülməyib.
Türk rəsmisi Fransanın yalnız partlayışlardan sonra Türkiyə ilə informasiya mübadiləsi etdiyini açıqlayıb.
“Bataklan” konsert zalında özünü partladan Əlcəzair vətəndaşı Mustafinin şəxsiyyəti tapılan barmağından alınan barmaq izi ilə müəyyən edilmişdi.