Elçin Behbudovun Komitəsi bağlana bilər
Tarix: 17-11-2015, 12:44 | Çap et
Elçin Behbudovun Komitəsi bağlana bilər
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, tanınmış hüquq müdafiəçisi Elçin Behbudov bir neçə gün əvvəl dünyasını dəyişib. Onun qəfil ölümü rəhbəri olduğu komitənin bundan sonrakı fəaliyyətini də sual altına qoyub.

Bu haqda Modern.az saytının sorğusuna cavab olaraq komitədən məlumat verilib. Qeyd edilib ki, komitənin bundan sonrakı fəaliyyət istiqaməti mərhumun 40 mərasimindən sonra bəlli olacaq: “Hər şey ola bilər. Komitə bağlana da bilər, fəaliyyətini davam etdirə də bilər”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən təşkilatın məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikən sonra hüquqi yardım göstərək işgəncə vermiş güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net