“Təyyarəyə bomba yerləşdirilib" - Putindən sərt qəza açıqlaması
Tarix: 17-11-2015, 12:41 | Çap et
“Təyyarəyə bomba yerləşdirilib" - Putindən sərt qəza açıqlaması
Rusiya Federal Xidmət Bürosu 224 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, FXB rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, A321 təyyarəsinə əldə hazırlanan bomba yerləşdirilib. Ekspertlər təyyarənin qalıqları arasından partlayıcının izlərini aşkar ediblər.

Rusiya prezidenti Vladimir Putin təyyarənin terror aktı nəticəsində qəzaya düşdüyünü təsdiqləyib: “Rusiya ilk dəfə deyil ki, heç bir səbəb olmadan terror aktları ilə üzləşir. Rusiya təyyarəsini partladan terrorçuları dünyanın istənilən nöqtəsindən tapıb cəzalandıracağıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net