Azərbaycan dövlət bankları kreditləşməni kəskin azaldıb
Tarix: 17-11-2015, 11:44 |
Çap et
Azərbaycanda dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 6 384,8 mln. manat təşkil edib. Sentyabrın 1-i ilə müqayisədə bu göstərici 877 mln. manat və ya 12,1% azalıb, ilin əvvəlindən isə 241 mln. manat və ya 3,9% artıb. Keçən ilin anoloji dövrü ilə müqayisədə isə 323,1 mln. manat və ya 5,3% artım qeydə alınıb.
Özəl bankların kreditləşməsi oktyabrın 1-nə 12 142,7 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-i ilə müqayisədə 105,2 mln. manat və ya 0,9% azdır. Yanvarın 1-nə olan göstərici ilə müqayisədə 269,1 mln. manat və ya 2,3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 074,9 mln. manat və ya 9,7% artım qeydə alınıb.
Qeyd edək ki, AMB-nin rəsmi açıqlamasına görə, iqtisadiyyata kredit qoyuluşlarında dövlət banklarının payının azalması Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə bağlıdır.