Nazirlikdə Əli Abbasovdan danışdılar – Müşavirə
Tarix: 17-11-2015, 10:24 |
Çap et
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavirə keçirilib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, tədbir nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunub.
Toplantıda Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib.
Nazir müavini İltimas Məmmədov prezident İlham Əliyevin 12 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsini diqqətə çatdırıb.
Daha sonra müvəqqəti nazir vəzifələrini icra edən İ.Məmmədov rabitə sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışıb.
Müzakirələr zamanı Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Rabitə İşçiləri Veteranlar Şurasının sədri İsfəndiyar İbrahimli və Bərdədən ağsaqqal rabitəçi Vahid Şərifov çıxış ediblər.
Müşavirənin sonunda İ.Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.