Fransa hakimiyyəti “radikal” məscidləri bağlayacaq
Tarix: 16-11-2015, 18:00 | Çap et
Fransa hakimiyyəti “radikal” məscidləri bağlayacaq
Fransa hakimiyyəti ədavət və barışmazlığı təbliğ edən radikal məscidləri bağlamaq niyyətindədir. Bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.

“Nazirlər Kabinetinin yaxın iclasında ədavətə çağıran məscidlərin bağlanmaq məsələsi müzakirə ediləcək. Bu məsələyə çox sərt yanaşmaq lazımdır”, - nazir bildirib.

Onun sözlərinə görə, Fransada fövqəladə vəziyyətin tətbiq edilməsilə preventiv təhlükəsizlik tədbirləri, o cümlədən daimi axtarışlar həyata keçiriləcək. Nazir xatırladıb ki, terror aktlarından bir neçə ay öncə Parisdə dövlət milli kəşfiyyat xidməti xeyli gücləndirib. Əsasən büdcə artırılıb, onların fəaliyyəti haqqında yeni qanun qəbul edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net