Ələsgər Məmmədoğlu: “Qəfildən yıxıldım…”
Tarix: 16-11-2015, 17:53 | Çap et
Ələsgər Məmmədoğlu: “Qəfildən yıxıldım…”
Ötən həftə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilən əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlunun səhhəti normaldır

Bu barədə aktyor Publika.az-a özü məlumat verib:

“Əslində, özümü çox yaxşı hiss edirəm, amma həkimlər ehtiyatlı olmağımı məsləhət görür. Deyirlər, insult keçirməmişəm, amma beyin-qan dövranında azacıq pozulma müşahidə olunur. Deyirəm-gülürəm, gəzirəm, heç bir problemim yoxdur. Evə getmək istəyirəm. Bu gün də rentgendən keçdim və hələ də müəyyən müayinələrdən keçirəm. Tam müayinədən sonra həkimlər məni evə buraxacaq. Qalan müalicələri evdə alacam”.

Əməkdar artist heç vaxt ciddi xəstəlik keçirmədiyini də bildirib. Bircə ötən ilin qışında səhhətində problemlər yaşayıb:

“Keçən qış qəfildən yıxıldım. İynə-dərman elədilər, yaxşılaşdım. Məndən soruşurlar ki, əsəbiləşməmisən ki? Deyirəm, vallah, yox. Şən halda teatrdan evə getmişəm, görmüşəm ki, ayaqlarım ağırlaşıb. Vəssalam”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net