“Bakının gecələri gündüzündən də gözəldir”
Tarix: 16-11-2015, 16:30 |
Çap et
Misirin İnsan Hüquqlarıüzrə Milli Şurasının sədri - ombudsmanı Məhəmməd Faiqlə Bakıda görüşdüm. Tam rahatlıqla demək olar ki, cənab Faiq dünyada ən qocaman ombudsmandır – 88 yaşı var. Uzun ömrünü yüksək vəzifələrdə, dünyamiqyaslı ictimai işlərdə keçirib. Daha əvvəllər Misirin informasiya və mətbuat üzrə dövlət naziri postunu tutub və sair.
Məhəmməd Faiq Bakıya Ombudsmanların 13-cü beynəlxalq konfransında iştirak etmək üçün gəlib. Mən də fürsətdən yararlanıb onunla elə konfrans zamanı fasilədə oturub, söhbətləşdim. Yeri gəlmişkən, Azərbaycana yamanca heyrandır – çox sevir ölkəmizi.
Müsahibəni təqdim edirik:
- İlk dəfə Azərbaycana beş il əvvəl gəlmişdim. Amma budəfəki gəlişim məni heyrətləndirdi – Azərbaycan tamamilə dəyişib, inkişaf edib. Yeni geniş prospektlər salınıb, uca göydələnlər tikilib, sanki Bakı bu beş ilin içində iki dəfə böyüyüb, gözəlləşib. Şəhərdə dünyanın ən gözəl beşulduzlu otellərini gördüm, bunlar sizin uğurlarınızdır.
- Misir kimi Azərbaycan da odlu-alovlu müsəlman Şərqinin bir hissəsi olduğu üçün buradakı sabitlikdən necə, razı qaldınız?
- Bu suala belə cavab verə bilərəm: ötən gecə otağımda darıxırdım, çıxıb şəhəri gəzdim. Buranın gecələri gündüzündən də gözəldir, küçələr, park və bağlar al-əlvan işıqlara boyanır. Binaların işıqlandırılması isə məni daha da heyran etdi. Əgər insan gecələr şəhərin küçəsindəözünü bu qədər bəxtəvər hiss edə bilirsə, əlbəttə, bu, ölkədə sabitlik vəəmin-amanlığın yaxşı vəziyyətdə olduğunu göstərir.
- Qonağa niyə gəlmisiniz deməzlər, amma yenə soruşmaq istərdim: səfərinizin məqsədi nədir?
- Bildiyiniz kimi, mən Misirdəİnsan Hüquqlarıüzrə Milli Şuranın sədriyəm. Sizin təbirinizcə desəm, ombudsmanam. Bu səbəbdən də Azərbaycan da daxil olmaqla, dünyanın harasında insan haqları ilə bağlı konfranslar, istənilən müstəvidə tədbir keçirilsə iştirak edirəm. Bu gün Bakıda keçirilən konfrans da məhz bu müstəvidə olduğundan buradayam. Onu da deyim ki, Bakıda keçirilən tədbirdə iştirakın əhəmiyyəti çox böyükdür. Ona görə ki, Avropa ölkələrinin əksəriyyətinin burada səfirlikləri, eləcə də böyük şirkətlərinin, dünyamiqyaslı qeyri-hökumət təşkilatlarının nümayəndəlikləri fəaliyyət göstərir. Yəni burada Şərq və Qərb düşüncə institutlarının mövqeləri cəmlənib ki, bu da müzakirələrin daha rəngarəng, maraqlı olmasına imkan verir. Şəxsən mən bu tədbirə qatılmaqla, insan hüquqları sahəsindəçox şeylər öyrənirəm. BMT-nin İnkişaf Proqramı ilə bağlı burada götürəcəyim şeylər dəçoxdur. Məncə,ölkəsindən asılı olmayaraq insan haqları müstəvisində fəaliyyət göstərən bütün milli institutlar və qeyri-hökumət təşkilatları bu cür görüşlərə qatılmalı və orada səslənən fikirlərdən yararlanmalıdır. Bunlar insan hüquqlarının daha yaxşı qorunmasına kömək baxımından faydalı olar. Sonra da ki, Misirlə Azərbaycan arasında bütün sahələrdə münasibətlər inkişaf edib. O cümlədən, insan hüquqları sahəsindəölkələrimizin uğurlarından da qarşılıqlı surətdə faydalanmalıyıq.
- Bir halda ki, bu sahədə təcrübələrimizi bölüşməliyik, deyin: Azərbaycanda insan hüquqlarının qorunma dərəcəsi sizi qane edir?
- Daha çox müsbət fikirlər səsləndirmək olar. Çünki görürəm burada insan haqları ilə bağlı məsələlərəçox diqqət göstərilir, istənilən problemin həllinə həssaslıqla yanaşılır.
- Bir anlıq müqayisə aparsaq, necə bilirsiniz, insan hüquqları Misirdə daha yaxşı vəziyyətdədir, yoxsa Azərbaycanda?
- Bu suala birmənalı cavab verə bilmərəm. Çünki hər ölkənin, hər bir xalqın özünəməxsus inkişaf xüsusiyyətləri, öz milli ruhundan irəli gələn ənənəvi qaydaları mövcuddur. Bu baxımdan Misirlə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət xeyli fərqlidir. Bu gün Misirdə demokratiyaya doğru hərəkətlilik hiss olunur. İstər hökumətin atdığı addımlarda, istərsə dəəhalinin düşüncəsindəəvvəllər mövcud olan bəzi mühafizəkarlıqlar aradan qalxmaqdadır. Bütün bunlar müsbətdir.
- Maraqlıdır, Misir və Azərbaycanın ombudsman idarələri arasında ikitərəfli əlaqələr mövcuddur, yoxsa onlar bir-birini ancaq bu cür beynəlxalq tədbirlərdə görə bilirlər?
- Əlbəttə var əlaqələrimiz. Elə Bakıya gəlib bu tədbirdə iştirak etməyimin səbəbi də məhz ikitərəfli münasibətlərimizin mövcud olmasıdır. Yeri gəlmişkən, üzümüzə gələn mart ayında Misirdə ombudsmanların növbəti konfransı olacaq və biz Azərbaycanın insan haqlarıüzrə müvəkkili Elmira xanımı da ora dəvət edəcəyik.
- Sirr deyilsə, orada hansı məsələlər müzakirə ediləcək?
- Misir konfransının mövzusu qadınların mövcud durumunu araşdırmaq və onların hüquqlarının daha geniş qorunması yollarını tapmaqdır...
- Yeri gəlmişkən, Misir qadınlarının vəziyyəti necədir kişilərlə müqayisədə? Axıİslam Şərqində qadınların kişilərlə müqayisədə hüquqları xeyli məhduddur...
- Misir qadınlarının hüquqları genişdir, amma istənilən səviyyədə də deyil. Daha yaxşı olmasıüçün isə daha yaxşıçalışmalıyıq. Bütövlükdə götürsək, dünyada qadınların hüquqları kişilərinki qədər geniş deyil. Elə etməliyik ki, siyasi, iqtisadi-sosial – hər bir sahədə qadınlar da təmsil olunsunlar. Qlobal miqyasda cəmiyyətlər içində böyük yarış gedir və orada yalnız kişilər iştirak edərsə, bu tarazlığı mütləq pozar. Ancaq kişilər iştirak edərsə, qadınlarsa passiv qalarsa, bu o demək olar ki, dünya əhalisinin yarısı bütün mənalarda inkişafdan qalır. Ona görə də qadınların kişilərlə bərabər bütün sahələrdəöz bacarıqlarını göstərmələrinəşərait yaradılmalıdır.
- Söz yerinə düşər, Misirin Azərbaycandakı yeni səfiri də xanımdır. Mən də görmək istəyirdim, baxmayaraq ki, qəbul edəcəyini desə də, gecikdirir. Bəs siz necə, burada olduğunuz günlərdə xanım səfirlə görüşə bilmisiniz?
- Hə, əlbəttə, məni hava limanında elə səfirin özü qarşılayıb. Bura – tədbirə də gəlmişdi, gedib...
- Söhbətimizin səmtini yenəçevirək insan hüquqlarına. Xəbəriniz varmı ki, bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Yuvarlaq götürsək, 25 ildir evindən kənarda ağrı-acıçəkən bu insanların hüquqları pozulmurmu? Bir hüquq müdafiəçisi kimi fikirlərinizi öyrənmək istərdim...
- Bütün regional problemlər sülh danışıqları yolu ilə həll olunmalıdır. Amma qənaətim budur ki, bütün hallarda ədalət baş meyar götürülməlidir. Ədaləti nəzərə alınmayan həll variantı uğurlu ola bilməz. Mən bu konfransda da dedim ki, dünyanın hər yerindəki, o cümlədən, Azərbaycandakı qaçqınların problemi çözülməli, insanlar öz evlərinə qayıtmalıdırlar. Amma razılaşaq ki, müharibə heç kimə lazım deyil və olarsa özü ilə daha böyük faciələr gətirəcək. Ona görə də BMT-nin tələb etdiyi kimi, sülh danışıqları yeganəçıxış yoludur.
- Bizim xalq da müharibənin əleyhinədir. Amma görürsünüz ki, 25 ildir danışıqlar aparılır, heç bir xeyri yoxdur. Misir kimi iri dövlətdə insan hüquqları sahəsinə nəzarət edən şəxs olaraq nə məsləhət görərdiniz, necə yoluna qoyaq bu problemi?
- Bayaq da dedim: Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmalıdır. Burada mənim şəxsi mövqe bildirməyim əbəsdir.
- Hər şeyin məsuliyyətini beynəlxaq hüququn üzərinə qoyduğumuz üçündür ki, hazırda milyonlarla insan İraqdan, Suriyadan – müsəlman ölkələrindən Avropaya üz tutur, yaşamaq ümidi ilə yola çıxmış minlərlə günahsız adam dəniz sularında batır...
- Beynəlxalq miqyas alan qaçqın problemi sözün əsl mənasında böyük faciədir – bəşəriyyətin faciəsi. Bunun da kökündə birmənalışəkildə müharibələr, daxili silahlı toqquşmalar və kasıbçılıq dayanır. Suriyada, İraqda, Somalidə, Əfqanıstanda müharibədir, insanlar isə sakit yaşamaq, övladlarını qorumaq istəyir və bu məqsədləölkələrini tərk edirlər. Kasıb, iş tapmayan insanların problemi də belədir, hər kəs daha yaxşı yaşamaq istəyir və bu onun müstəsna haqqıdır. BMT 2013-cü il sentyabrın 27-də keçirdiyi iclasda yoxsulluğa qarşı mübarizə tədbirlərini özündə cəmləyən proqram qəbul edib. Amma proqramın nə dərəcədə icra olunub-olunmamasının cavabı hazırda müşahidə etdiyimiz ağrı-acılı qlobal vəziyyətdir. Nə qədər ki, bu problemlər həllini tapmayıb, proses daha acınacaqlı hal alacaq.