İŞİD teraktdan 72 saat əvvəl nə yazmışdı?
Tarix: 16-11-2015, 15:53 | Çap et
İŞİD teraktdan 72 saat əvvəl nə yazmışdı?
İŞİD terror qruplaşmasının sosial şəbəkələrdəki 4 hesabında Paris hücumları 72 saat əvvəl xəbər verilib.

Publika.az xəbər verir ki, ABŞ-ın “Foks Nyus” kanalı sözügedən hesablarda Eyfel qülləsinin fotoşəkillərinin paylaşıldığını bildirib.

“Allah köməyiniz olsun” kimi mesajlarlarla terrorçulara uğurlar arzulanıb.

Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland terror hücumlarından dərhal sonra verdiyi açıqlamasında hücumun arxasında İŞİD-in olduğunu bildirib. Fransanın Baş naziri Manuel Vals isə terror hücumunun Suriyada planlaşdırıldığını və miqrant adı altında Avropaya keçən İŞİD döyüşçülərindən istifadə olunduğunu deyib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net