Fransada İŞİD əməliyyatı - 104 nəfər tutulub
Tarix: 16-11-2015, 15:07 |
Çap et
Parisdə 132 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı terror hadisəsinə görə, Fransa polisi iki gün ərzində ölkə üzrə 168 antiterror əməliyyatı həyata keçirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyi paytaxt Parisdə törədilən terrordan sonra aparılan istintaq nəticəsində 104 nəfərin saxlanıldığını, 23 nəfərin isə həbs edildiyini açıqlayıb.
Qeyd edək ki, noyabrın 13-də Parisdə baş verən terror hadisəsini İŞİD təşkilatı öz üzərinə götürüb.