Kanadada məscidə od vurdular
Tarix: 16-11-2015, 14:36 | Çap et
Kanadada məscidə od vurdular
Kanadanın Ontario vilayətindəki Peterboro şəhərində naməlum şəxslər məscidə od vurublar.

Milli.az Associated Press-ə istinadən bildirir ki, yanğın yerli müsəlmanlardan birinin oğlunun anadan olmasına həsr olunmuş bayram tədbirindən yarım saat sonra baş verib.

Peterboro müsəlman icmasının rəhbəri Kenza Abdullanın dediyinə görə, yanğında xəsarət alan olmasa da, məscidə böyük ziyan dəyib və o, bağlanıb.

Polis olayı araşdırır. İlkin məlumata görə, məscidin yandırılması Parisdəki teraktlarla bağlıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net