"Kamran Həsənlinin dövrü bitib"
Tarix: 16-11-2015, 14:32 |
Çap et
Tanınmış prodüsser Təranə Səmədova "Sizcə, hansı teleaparıcının dövrü arxada qalıb?" sualını cavablandırıb.
Moderator.az big.az-a istinadən xəbər verir ki, söhbət zamanı, prodüsser aparıcı Kamran Həsənlinin dövrünün çoxdan bitdiyini açıq-aşikar etiraf edib:
"Düşünürəm ki, Kamran Həsənlinin dövrü bitib. Şübhə yoxdur ki, Kamran şoumen adının Azərbaycana gətirən ilk aparıcı olub. Gözəl də aparıcıdır. Onun sənətini, istedadını bəyənirəm. Ancaq bu reallıqdır, bəlkə də acı həqiqətdir ki, bu gün ona heç yerdə, heç kimin təlabatı yoxdur".