Balakən sakinindən silah-sursat götürülüb
Tarix: 16-11-2015, 14:24 | Çap et
Balakən sakinindən silah-sursat götürülüb
Balakən rayonunda odlu silah və vasitələri aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, silah rayonun Əliabad kənd sakini Elman Mirzəbəyovdan götürülüb.

Baş Cinayət-Axtarış İdarəsi və Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mirzəbəyovdan “AK-74” markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net