Beynəlxalq Bank Sərdarov zavodunu məhkəməyə verdi
Tarix: 16-11-2015, 13:45 |
Çap et
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) B.Sərdarov adına Maşınqayırma Zavodunu məhkəməyə verib.
“Report” xəbər verir ki, bank zavod qarşısında borcun tutulması barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi şikayəti geri qaytarıb.
İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.