Türkiyə Quru Qoşunlarının komandanı Bakıya gəlir
Tarix: 16-11-2015, 12:47 | Çap et
Türkiyə Quru Qoşunlarının komandanı Bakıya gəlir
Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zeki Çolak Azərbaycana səfər edəcək.

"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Bakıya bu gün gələcək qonaq noyabrın 17-dən rəsmi görüşlərə başlayacaq.

Üç gün davam edəcək səfər zamanı S.Z.Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və bir sıra digər rəsmiləri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, S.Z.Çolak Türkiyənin quru qoşunların komandanı vəzifəsinə avqustun 5-də təyin olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net