Çovdarovun general rütbəsi əlindən alına bilər
Tarix: 16-11-2015, 12:42 | Çap et
Çovdarovun general rütbəsi əlindən alına bilər
Ötən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib.

Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə ittiham edilir.

Çovdarovun həbsindən sonra onun general-mayor rütbəsinin əlindən alınması məsələsi gündəmə gəlib.

Vəkil Adəm Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, Çovdarov yalnız hökm çıxarılandan sonra, məhkəmənin təqdimatı əsasında hərbi rütbədən məhrum edilə bilər.

Onun sözlərinə görə, hökmü çıxarmış məhkəmə həmin şəxsin hərbi rütbədən məhrum edilməsi barədə ona ali xüsusi rütbəni vermiş vəzifəli şəxsə təqdimat göndərir.

Həmin şəxsin hansı hallarda hərbi rütbədən məhrum edilməsinə gəlincə, A.Məmmədov bildirib ki, bu məhkəmənin qərarından asılıdır: “Cinayətin xüsusilə ağır olması, dövlət əhəmiyyəti, törətdiyi cinayətin daha təhlükəli olması və s. məsələlər araşdırılır. Məhkəmə bunların hamısını araşdırdıqdan sonra nəticəyə gələcək ki, həmin şəxs hərbi rütbədən məhrum edilsin”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net