Çay evində soyğunçuluq edən şəxs yaxalanıb
Tarix: 16-11-2015, 12:37 |
Çap et
Bakıda çay evində soyğunçuluq hadisəsi törədən şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-də Zorge küçəsində yerləşən çay evində Babək rayon sakini Eyyub Yaqubovu döyərək, 45 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Rakif Xəlilov tutulub.
Faktla bağlı araşdırma aparılır.