Diktatorun ölkəsinə ilk səfər – 20 ildən sonra
Tarix: 16-11-2015, 12:15 | Çap et
Diktatorun ölkəsinə ilk səfər – 20 ildən sonra
BMT baş katibi Pan Gi Mun bu həftə Şimali Koreyaya səfər edəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə Cənubi Koreya KİV-i təşkilatdakı yüksək rütbəli məmura istinadən xəbər verir.

Səfərin məqsədi barədə məlumat verilmir. BMT isə yayılan məlumatları şərh etmək istəmir.

Pan Gi Munun Şimali Koreya lideri Kim Çen In və digər rəsmilərlə görüş keçirəcəyi gözlənilir.

BMT baş katibinin Pxenyana gedişi 20 ildən sonra baş tutacaq ilk səfər olacaq.

Qeyd edək ki, hələ Cənubi Koreyanın xarici işlər naziri olduğu dövrdə Pan Gi Mun dəfələrlə bəyan etmişdi ki, o, Koreya münaqişəsi və Şimali Koreya nüvə proqramının həll edilməsinə yardım etmək niyyətindədir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net