“Məndən olsa, indi evlənməzdim...”
Tarix: 16-11-2015, 10:40 | Çap et
“Məndən olsa, indi evlənməzdim...”
Müğənni Yaşar Cəlilov toy gününün vaxtı açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, müğənni “10lar” verilişinə açıqlamasında dekabrın 28-i ailə quracağını bildirib:

“Düşündüm ki, evlənməyin vaxtıdır. Hər bir şou-biznes nümayəndələrini o toyda gözləyirəm. Mən sevgi hörmətə, diqqətə, qayğıya deyirəm. Məndən olsa, 3-4 il sonra evlənərdim. Evə gələndə valideynlərin “Ay bala, bəlkə evlənəsən” sözü adamı bezdirir. Dedim ki, istəyirsiniz evləndirin. Nişan üzüyü taxmıram, çünki kişi bəzək əşyası istifadə etməməlidir. Nişanlı olmağımdan utanmıram, qorxmuram, çəkinmirəm. Həyatda hər bir kişi bu günü görməlidir. Allaha şükür edirəm ki, mənə nişanlı olmağı qismət edib”.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net