Ata olan müğənnidən yeni ifa - audio
Tarix: 12-11-2015, 18:01 |
Çap et
Müğənni-aparıcı Elgün Hüseynov mərhum xalq artisti Məmmədbağır Bağırzadənin repertuarına müraciət edib.
Axşam.az-ın məlumatına görə, “Nəvə” adlanan mahnının sözləri Zivər Ağayevaya, musiqisi isə M.Bağırzadənin özünə aiddir.
E.Hüseynov bildirib ki, bu yaxınlarda atalıq hissini yaşayıb:
"Mahnını bütün babalar, nənələr üçün oxudum. Allah övladı olmayanlara bu gözəl duyğunu nəsib etsin".