Putin Suriyaya gedəcək? – Rəsmi
Tarix: 12-11-2015, 17:54 |
Çap et
Vladimir Putin Suriyaya səfər etməyi planlaşdırmır.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Putin Suriyaya səfər etməyi və bu ölkədə terrorçulara qarşı döyüşən rus hərbçilərlə görüşməyi planlaşdırmır”, - Peskov bildirib.
O həmçinin Putinin noyabrın 23-də İranda keçiriləcək təbii qaz forumuna dəvət olunduğunu və bu təklifi hazırda dəyərləndirdiklərini açıqlayıb.