Əməkdar artistlər "Antrakt"da
Tarix: 12-11-2015, 17:28 | Çap et
Əməkdar artistlər "Antrakt"da
İTV-də yayımlanan “Antrakt” verilişinin növbəti qonağı əməkdar artistlər Almaz Orucova və Zakir Əliyev olub.

Axşam.az-ın məlumatına görə, A.Orucova son vaxtlar duetlərə üstünlük verməsinin səbəbini açıqlayıb:

“Duet çox maraqlı ifa tərzidir. Müğənni fərdi şəkildə həmişə oxuyur. Duet rəngarənglik baxımından tamaşaçılara maraqlı gəlir. Həm də son dövrlər duetlərin sayı azalıb. Mən də bu amilləri nəzərə alıb, duetlərə üstünlük verirəm".

Qeyd edək ki, aparıcılığını Kamran Quliyevin etdiyi “Antrakt” hər həftənin çərşənbə günü saat 23:00-da yayımlanır.

Əməkdar artistlər "Antrakt"da
Əməkdar artistlər "Antrakt"da





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net