MSK yeni seçilən deputatların şəkillərini yığır
Tarix: 12-11-2015, 16:14 | Çap et
MSK yeni seçilən deputatların şəkillərini yığır
Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkilərin qalib gələn namizədlərə deputat vəsiqəsi verilməsi prosesinə başlanılıb.

Modern.az saytının əldə etdiyi məlumata görə, arrıq yeni seçilən deputatlardan vəsiqə üçün fotolar alınmağa başlayıb.

Seçki Məcəlləsinin 171 maddəsinin I bəndinə əsasən, dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir.

Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edirlər.

Eyni maddənin II bəndində göstərilir ki, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə, MSK onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net