Almaniya Türkiyəni qoruyan raketləri daşımağa başladı
Tarix: 12-11-2015, 16:07 | Çap et
Almaniya Türkiyəni qoruyan raketləri daşımağa başladı
Almaniya Türkiyənin Qəhrəmanmaraş vilayətində yerləşdirilən “Patriot” hava hücumundan müdafiə sistemlərinin daşınmasına başlayıb.

Axar.az xəbər verir ki, artıq hərbi vəsaitlərin bir qismi TIR-lara yüklənərək İsgəndərun limanına göndərilib.

Hərbi avadanlıqlar buradan gəmilər vasitəsilə Almaniyaya aparılacaq.

Qeyd edək ki, “Patriot”lar NATO-nun missiyası çərçivəsində 3 il ərzində Türkiyənin hava məkanını qoruyub. Bir neçə ay öncə Almaniya hökuməti missiyanın 2016-cı ilin yanvarında başa çatacağını açıqlamışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net