Əsəd mühüm hərbi bazanı ələ keçirdi
Tarix: 12-11-2015, 13:23 | Çap et
Əsəd mühüm hərbi bazanı ələ keçirdi
Suriya ordusu Dəməşqdə yerləşən Mərci Sultan hərbi bazasını 3 il sonra yenidən ələ keçirib.

Axar.az xəbər verir ki, ordu bu gün səhər saatlarında müxaliflərin nəzarətində olan bazaya girməyi bacarıb.

Hazırda baza ətrafında savaş davam edir.

Qeyd edək ki, Mərci Sultan hərbi bazası 2012-ci ildə müxaliflərin əlinə keçmişdi. Burada İsraili izləməyə imkan verən və Dəməşqi İsraildən qoruyan radarlar var. Müxaliflərin bazanı ələ keçirdikdən sonra bu radarları məhv etdiyi iddia edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net