4500 terrorçu MDB sərhədində - Təhlükə
Tarix: 12-11-2015, 12:27 |
Çap et
MDB Əfqanıstandakı gərgin vəziyyətdən narahatdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB-nin Sərhəd Qoşunları Komandanları Şurası Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov söyləyib. Onun sözlərinə görə, Əfqanıstanla MDB ölkələri arasındakı sərhəd ərazilərdə 4,5 min terrorçu var:
“Burada situasiya çox gərgindir. Hazırda MDB sərhədlərinin təhlükəsizliyinin artırılması üçün bir sıra əlavə tədbirlər görülür. Xüsusilə Tacikistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı səviyyəsində yardımlar edilir. Eyni yardım Qırğızıstana da verilir”.