Mingəçevirdə maşını ağaca çırpılan polis əməkdaşı öldü
Tarix: 12-11-2015, 12:20 | Çap et
Mingəçevirdə maşını ağaca çırpılan polis əməkdaşı öldü
Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin Heydər Əliyev prospektində Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Əliyev Füzuli Yaqub oğlu özünə məxsus 90-KG-046 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik avtomobili ilə hərəkətdə idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə F. Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, polis serjantı F. Əliyev Oğuz Rayon Polis Şöbəsinin əməkdaşı olub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(APA)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net