Məktəbdəki güllələmə ilə bağlı - Rəsmi açıqlama
Tarix: 12-11-2015, 11:55 | Çap et
Məktəbdəki güllələmə ilə bağlı - Rəsmi açıqlama
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 106 saylı məktəbdə baş verən güllənmə hadisəsi ilə bağlı məlumat yayıb.

Qurumdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır.

Baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net