İŞİD ərazisinin böyüklüyünə görə Azərbaycanı geridə qoydu
Tarix: 12-11-2015, 11:41 | Çap et
İŞİD ərazisinin böyüklüyünə görə Azərbaycanı geridə qoydu
“İslam Dövləti” (İŞİD) terror qruplaşması İraq və Suriya ərazisində 91,1 min kvadrat kilometr əraziyə nəzarət edir.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qruplaşmanın nəzarət etdiyi ərazi bu göstərici ilə sahəsinə görə dünyanın 110-cu dövləti sayıla bilər.
Sahəsinə görə 112-ci olan Azərbaycan (86,6 min kvadrat kilometr), 111-ci Serbiya (88,3 min kvadrat kilometr), 110-cu İordaniyanı (89,4 min kvadrat kilometr) geridə qoyan qruplaşma bir neçə ay bundan əvvəl daha geniş sahəyə malik idi.

Hazırda kürd qüvvələrinin, Suriya və İraq qoşunlarının və beynəlxalq koalisiyanın aviasiya hücumlarına məruz qalan İŞİD yaxın vaxtlarda növbəti ərazi itkiləri ilə üzləşə bilər.

İŞİD-in yaradılması barədə qərar 2014-cü il iyunun 28-də İraqın Mosul şəhərində elan edilib. “Dövlət”in paytaxtı isə Suriyada yerləşən Rakka şəhəridir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net