Rusiya Olimpiya Komitəsindən dəstək
Tarix: 12-11-2015, 10:34 | Çap et
Rusiya Olimpiya Komitəsindən dəstək
Rusiya Milli Olimpiya Komitəsi (MOK) bildirir ki, dopinqlə mübarizədə əməkdaşlıq edəcək və qaydanı pozanlara qarşı sərt cəzanı dəstəkləyir. Ancaq Komitə xəbərdarlıq edib ki, bütün komandaya qadağa “təmiz” atletləri incidəcək.

Daha öncə Rusiyanın idman rəsmiləri sərt bəyanatlar vermişdilər. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi deyib ki, dopinq qəbulunda günahkar bilinən rusiyalı atletlərdən medalları almağa hazırdır.

MOK bəyan edib ki, “beynəlxalq idman cəmiyyətinin səylərini tamamilə dəstəkləyir... Qadağan olunmuş maddələrdən istifadə edən, onlara bunda yardım edən istənilən şəxs diskvalifikasiya olunmalıdır. Təqsirləri sübuta yetirilsə, cəzalar sərt olacaq”.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, bütün atletlərə qadağa qoyulmamalıdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net