Ukrayna millətçilərinin lideri istefa verdi
Tarix: 11-11-2015, 18:15 |
Çap et
Ukrayna Ali Radasının deputatı və “Sağ sektor” millətçi partiyasının sədri Dmitri Yaroş təşkilatın sədrliyindən istefa verdiyini açıqlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, təşkilat üzvləri ilə ciddi fikir ayrılığı olduğu üçün bu addımı atıb:
“Mən “Sağ sektor” təşkilatındakı səlahiyyətlərimi təhvil verirəm, amma millətçi, dövlətçi və inqilabçı olaraq qalıram”.
“Sağ sektor” partiyası 2014-cü il martın 22-də yaradılıb.