Güneydə həbslər dayanmır: Dörd fəal itkin düşdü
Tarix: 11-11-2015, 18:12 | Çap et
Güneydə həbslər dayanmır: Dörd fəal itkin düşdü
Güney Azərbaycandakı Urmiya şəhərində iki azərbaycanlı tələbə İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Ələ keçirilən tələbələrin Seyid Əli Əbdi və Rza Bərzigəri olduğu bildirilir. Onlar Urmiya şəhərində yerləşən “Əta” tələbə yataqxasında həbs edilərək, naməlum istiqamətə aparılıblar.

Məlikan şəhərində də Məqsud Bəsipur tutulub. Fəal tutulmazdan bir gün əvvəl Məlikanda dinc aksiya keçirmək üçün hökumət idarələrinə müraciət ünvanlayıb. Bunun ardınca o, ETTELAAT tərəfindən mənzilində yaxalanıb. Bəsirpur tutulan zaman həyat yoldaşının gözü qarşısında döyülüb. Bundan sonra o, naməlum istiqamətdə aparılıb. İndiyə qədər Bəsirpurun harada saxlanıldığı haqda heç bir məlumat verilmir.

Daha bir həbs isə İran Culfasında həyata keçirilib. Səid Sultaninin iş yerində həbs edildiyi bildirilir. Ona aid şəxsi əşyalar müsadirə edilib, özü naməlum istiqamətdə aparılıb.

Qeyd edək ki, noyabrın 9-dan etibarən İrandakı azərbaycanlılar fars şovinizminə qarşı kütləvi etirazlara başlayıblar.

Güneydə həbslər dayanmır: Dörd fəal itkin düşdü





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net