Nakam sevgi başının kəsilməyinə səbəb oldu - Təfərrüat
Tarix: 11-11-2015, 17:22 | Çap et
Nakam sevgi başının kəsilməyinə səbəb oldu - Təfərrüat
Mərhumun heç də başı kəsilməyib. Sadəcə boyun nahiyəsinə endirilmiş zədə nəticəsində bıçaq 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirovun şah damarını kəsib.

Bu barədə Axar.az-a paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsindən bildirilib. Hadisəyə səbəb isə nakam sevgi olub:

“İki il bundan öncə mərhum öz əmisi qızını istəyib, yəni onu qətlə yetirən Elşən Nəsirovun bacısını. Lakin hazırda mərhum da, Elşənin bacısı da ailəlidir. Onların münasibəti elə iki il bundan qabaq bitib. İlkin versiyalara görə, qətlin səbəbi nakam məhəbbətdən qalan səbəblərdir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qara Qarayev-55 ünvanında 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirov əmisi oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törədən Elşən Nəzir oğlu Nəsirov artıq həbs edilib.

Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net