19 yaşlı gənc Qubada mağaza və aptek yardı
Tarix: 11-11-2015, 16:17 | Çap et
19 yaşlı gənc Qubada mağaza və aptek yardı
Qubada silsilə oğurluq törətmiş 19 yaşlı şəhər sakini Nail Camalov əməliyyat zamanı ələ keçib.

ANS PRESS-in xəbərinə görə, dindirilmə zamanı N. Camalovun oktyabr ayı ərzində Qubada törədilən oğurluqlarda iştirak etməsi məlum olub.Quba polis şöbəsinin müstəntiqi Mükərrəm Məmmədovun sözlərinə görə, polisin keçirdiyi əməliyyat zamanı gecə saat 4 radələrində Nail Camalov şəhərin mərkəzində saxlanılıb və onun üzərindən maska, əlçək, cinayətdə istifadə etdiyi dəmir alətlər aşkarlanaraq götürülüb.

Polisin araşdırması zamanı məlum olub ki, 19 yaşlı gənc oktyabr ayında Quba şəhərində 2 mağaza və aptekdən oğurluq edib.Oktyabrın 6- da Quba şəhərindəki iri mağazalardan birindən 550 manat pul oğurlayan Nail Camalovun yolu oktyabrın 27- də şəhər sakini Vaqif Əliyevin aptekindən, oktyabrın 30- da isə digər şəhər sakini Nazim Mirzəyevin mağazasından düşüb. Sonuncu obyektdən 450 manat pul aparan Nail aptekdən müxtəlif dərman preparatları və şpristlər oğurlayıb.

O, oğurluq yerlərinə qapıları dəmir alətlərlə sındırıb girirmiş. Saxlanılan şəxs Nail Camalov ANS PRESS-ə bildirib ki, işləmədiyi üçün oğurluq eləməli olub.

N. Camalovun törətdiyi hər üç oğurluq hadisəsi birləşdirilərək barəsində Quba poliş şöbəsində oğurluq maddəsi ilə cinayət işi açılıb. Nailin daha hansı oğurluqlarda iştirak etməsi araşdırılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net